Şənbə, 18 May

İrandan Azərbaycana cavab gəldi – "Dözümlülük nümayiş etdirmək fikrində deyilik"

image

“Ölkəmizin şimali-qərbində (Aslandüz) hərbi təlimlər keçirməyimiz bizim suveren hüququmuzdur. Bu təlimlər bölgənin sülh və təhlükəsizliyi üçündür.

İran sionist rejimin sərhədlərinə yaxın ərazilərdə yerləşməsinə icazə verməyəcək. Öz təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri həyata keçirəcək”.

Xəbər verilir ki, bu sözləri İran XİN-in mətbuat katibi Səid Xətibzadə deyib. O qeyd edib ki, siyonist rejimin sərhəddə yaxın ərazilərdə yerləşməsinə səbr etmək niyyətləri yoxdur. “Sionist rejimin sərhədlərimizə yaxın ərazilərdə yerləşməsinə səbr etmək və dözümlülük nümayiş etdirmək fikrində deyilik. Təhlükəsizliyin təmin edilməsi üçün lazım olan bütün tədbirləıri görəcəyik”.

Xətibzadə dünən “Anadolu” Agentliyinə açıqlama verən Azərbaycan Prezidenti İlham Əliyevin İranla bağlı dediklərinə də münasibət bildirib. “İki tərəf arasında ən üst səviyyədə və qarşılıqlı hörmətə dayanan münasibət və əlaqə varkən, bunu bu şəkildə ifadə etmək çox təəccüblüdür. İstər bu məsələdə, istərsə də digər məsələlərlə bağlı Nyu Yorkda Azərbaycan və İran XİN başçıları səviyyəsində keçirilən görüşdə müzakirələr aparılıb. Həmin mövzuların uyğun bir yerdə müzakirə edilməsi qərara alınıb”.

İran XİN-in mətbuat katibi vurğulayıb ki, təmsil etdiyi ölkə başqa "dövlətlərin ərazi bütövlüyü və beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinə hörmətlə yanaşır və işğala qarşıdır”.

Səid Xətibzadə İlham Əliyevin İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər barədəki tənqidi fikrinə bu şəkildə münasibət bildirib: “İran öz sərhədlərinin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq”.

 

 

Bəyanatı şərh edən politoloq Elxan Şahinoğlubildirib ki, İran rəsmiləri və diplomatları yenə Azərbaycan-İsrail tərəfdaşlığına işarə edirlər: “Məgər Azərbaycan öz ərazisində İsraillə birgə hərbi təlimlər keçirib və ya Tehranın sionist rejim adlandırdığı ölkə Azərbaycan ərazisindən İranı təhdid edib? Prezident İlham Əliyev haqlı olaraq sual edib: “Əlbəttə, öz ərazisində hərbi təlimlər keçirmək İranın daxili işidir, ancaq nədən Azərbaycan torpaqları işğal altında olduğu illərdə sərhəddə təlimlər keçirmirdilər, elə ki, Azərbaycan öz torpaqlarını azad etdi, Arazın o tayında təlimlərə ehtiyac duyuldu?” Bu suala cavab vermək əvəzinə yenə İsraili bəhanə gətiriblər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41